AZ

Ukrayna Rusiyanın 155-ci dəniz piyada briqadasının komandanlığını MƏHV ETDİ

Ukrayna Silahlı Qüvvələri iyulun 2-də Rusiyanın Kursk vilayətində yerləşən bir binaya endirdiyi HIMARS raket zərbəsi nəticəsində 155-ci dəniz piyada briqadasının qərargahını məhv edib.

KONKRET.az xəbər verir ki, hücum nəticəsində azı altı yüksək rütbəli rus zabiti həlak olub. Bu barədə “Novaya qazeta – Evropa” məlumat yayıb.

Məlumata görə, həlak olanlar arasında Rusiya Hərbi Dəniz Qüvvələrinin sahil qoşunları üzrə komandan müavini, general-mayor Mixail Qudkov da var. Prezident Vladimir Putin ona ölümündən sonra ikinci “Qızıl Ulduz” medalını təqdim edib.

Hücum zamanı həlak olan digər zabitlər bunlardır: polkovnik Sergey İlyin, podpolkovnik Nariman Şixəliyev, 2-ci dərəcəli kapitan Aleksandr Şipunov, polkovnik Leonid Başkardin və mayor Şamil Murtazəliyev. “Pepel Kurska” Telegram kanalının məlumatına görə, ümumilikdə 12 rus hərbçisi həyatını itirib.

Qeyd edək ki, 155-ci dəniz piyada briqadası daha əvvəl Buça, İrpen və Qostomel şəhərlərinin işğalında iştirak edib və beynəlxalq təşkilatlar tərəfindən hərbi cinayətlərdə ittiham olunub.

Natiq Səlim,
KONKRET.az

Спросить ChatGPT
Seçilən
9
konkret.az

1Mənbələr