Bakıda avtobus kişini vurub. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində, 23-cü Polis Bölməsinin yaxınlığında qeydə alınıb. "BakuBus"a məxsus sərnişin avtobusu öz avtomobilindən düşən 45 yaşlı Mustafayev Natiq Rəfail oğlunu qapı ilə birgə vurub. Nəticədə zərərçəkən yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta