AZ

Süni intellekt nə vaxt insanlardan daha ağıllı olacaq? - İlon Maskın proqnozu

İlon Mask "xAI" şirkətinin təsisçisi və dünyanın ən varlı şəxsi olaraq, süni intellektin (Al) artıq insanların əksəriyyətindən daha ağıllı olduğunu, lakin hələlik heç bir fərdi insanı tam şəkildə üstələmədiyini bildirib. 

Valyuta.az xəbər verir ki, onun proqnozuna görə, 2027-ci ilə qədər süni intellekt bütün insanlardan daha ağıllı olacaq.

Mask bu fikirlərini sosial şəbəkədə paylaşaraq yazıb:

"Süni intellekt artıq indi insanların əksəriyyətindən çox daha ağıllıdır, lakin hələ heç bir insanı hər bir sahədə geridə qoymayıb... Amma bu baş verəcək".

Onun sözlərinə görə, süni intellekt iki il ərzində hər bir fərdi insanı geridə qoyacaq, beş il ərzində isə bəşəriyyətin bütövlükdə intellektual səviyyəsini keçəcək.

Mask həmçinin vurğulayıb ki, süni intellektin inkişafı zamanı onun həqiqəti axtarmağa yönəldiyinə əmin olmaq lazımdır, istər bu yolda çətinliklər olsa belə.

İki il əvvəl "X.AI Corp" adlı süni intellekt sahəsində fəaliyyət göstərən yeni şirkət quran İlon Mask burada ilk məhsul olaraq “Grok” adlı dialoq yönümlü çat-botu təqdim etmişdi. Bu sistemin dördüncü versiyası – "Grok 4", hazırda Maskın sözlərinə görə “insanlıq tarixindəki ən ağıllı süni intellektdir”.

İstifadəçilər Grok 4-ü sınayarkən maraqlı bir detalı aşkar ediblər: çat-botda “Mask rejimi” adlandırıla biləcək bir xüsusiyyət aktivdir. Bu rejimdə sistem, həssas suallara cavab verərkən tez-tez İlon Maskın şəxsi "X/Twitter" paylaşılarına istinad edir.

Bununla belə, Mask dəfələrlə süni intellektin yaratdığı risklərə qarşı xəbərdarlıq edib. O, “Apple”ın təsisçisi Stiv Voznyak ilə birlikdə, minlərlə texnologiya mütəxəssisi arasında süni intellektin təliminin müvəqqəti olaraq dayandırılmasına çağıran sənədə imza atmışdı. Məqsəd – təhlükəsizlik standartları formalaşana qədər sistemlərin inkişafını tənzimləmək idi.

Paşa Məmmədli

Seçilən
45
valyuta.az

1Mənbələr