AZ

"Ukraynaya uzaqmənzilli raketlərin verilməsi "nüvə ultimatumuna" səbəb olacaq" - Marqarita Simonyan

"Moskva qorxu içindədir, Trampın qəfil qərarı Kremldə təlaş yaradıb..."

ABŞ prezidenti Donald Trampın Ukraynaya uzaqmənzilli raketlər göndərmək qərarı Moskva elitalarında sarsıntı yaradıb.

Moderator.az xəbər verir ki, bu barədə "dialog.ua" nəşri yazıb.

Məlumatda deyilir ki, Kreml uzun müddət Trampı Kiyevə hücum silahlarının verilməsinə mane olacaq şəxs kimi görürdü. Lakin artıq bu ümidlər puç olub. Trampın qərarı Rusiyanın öz ərazisinin, xüsusilə də Moskvanın ilk dəfə birbaşa hədəfə çevrilməsi ilə nəticələnə bilər.

Simonyanın nüvə isterikası

"RT" ("Russia Today") nəşrinin baş redaktoru Marqarita Simonyan Trampın qərarına reaksiya olaraq açıq şəkildə nüvə təhdidi irəli sürüb. O, bəyan edib ki, Ukraynaya uzaqmənzilli raketlərin verilməsi "nüvə ultimatumuna" səbəb olacaq. Onun fikrincə, Rusiya bu vəziyyətdə başqa seçim qarşısında qalmayacaq. O, həmçinin qeyd edib ki, dünya Tel-Əvivin bombalanmasına laqeyd qaldısa, Moskvaya da eyni münasibət göstəriləcəyini düşünür.

Sülh danışıqları bitdi

Kremlyönlü təbliğat kanalları və hərbi blogerlər eyni vaxtda sülhün sonu barədə danışmağa başlayıb. "Moskovskiy  Komsomolets" qəzetində yayımlanan məqalədə idarəetmə mərkəzlərinə mümkün zərbələrin artıq taktiki nüvə silahının tətbiqinə bəraət qazandıra biləcəyi bildirilir. "Z-kanallar" isə NATO ölkələrinin sənaye obyektlərinə qarşı hücumlarla hədələyir. Bu ritorika Kremlin gücünü deyil, əksinə, çaşqınlıq və zəifliyini göstərir. Artıq Rusiya rəhbərliyi anlayır ki, əvvəlki kimi təhdidlər nəticə vermir.

"Qorxmaz" lider

Tramp Baydendən fərqli olaraq Rusiya hədələrinə daha az əhəmiyyət verir və Kremli "oyun quran" kimi tanıyır. O, açıq şəkildə Putinin "gündüz xoş sözlər, axşam bombalar" üslubunu tənqid edib. Bu isə Rusiya üçün təhlükəli bir ssenaridir: artıq onların ən böyük silahı olan qorxutma işləmir.

Əlavə olaraq, Trampın keçmişdə Fransa prezidenti Makrona dediyi məlum sözlər indi Rusiya mediasında geniş müzakirə olunur: "Əgər Putin Ukraynaya hücuma keçsəydi, Moskvanı yerlə-yeksan edərdim". Bu, Kreml üçün son dərəcə narahatedici siqnaldır.

Trampın siyasətdəki dönüşü yalnız Ukraynanı gücləndirməyib, həm də Kreml üçün yeni, təhlükəli bir reallıq yaradıb. Artıq Moskva başa düşür ki, bu dəfə onların hədələri cavabsız qala bilər. Və ən qorxulusu, indi Moskva özü müharibənin nə demək olduğunu real şəkildə hiss edə bilər.

 

Seçilən
73
50
moderator.az

10Mənbələr