AZ

Aİ və Mərkəzi Amerika ölkələri əməkdaşlığı genişləndirməyə razılaşıblar

Avropa İttifaqı (Aİ) Mərkəzi Amerikanın üçüncü ən böyük ticarət tərəfdaşıdır, regionlar arasında illik ticarət həcmi 2012-ci ildəki 8,7 milyard avrodan 2023-cü ildə 22 milyard avroya qədər artıb.

"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə keçən ilin may ayında tərəflər arasında imzalanmış assosiasiya sazişi çərçivəsində Aİ - Mərkəzi Amerika Assosiasiya Şurasının ilk iclasının yekunlarına dair birgə bəyanatda deyilir.

İclas bu gün Brüsseldə altı ölkənin - Kosta Rika, Salvador, Qvatemala, Honduras, Nikaraqua və Panamanın rəsmi nümayəndələrinin (nazirlərin və onların müavinlərinin) iştirakı ilə keçirilib. Aİ tərəfindən görüşə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas və Danimarkanın xarici işlər naziri Lars Rasmussen rəhbərlik ediblər.

"Aİ Mərkəzi Amerikanın kənd təsərrüfatı məhsulları üçün əsas ixrac bazarıdır ki, bu da bəzi ölkələr üçün ixracın dəyərinin 90%-nə qədərini təşkil edir. Aqrar məhsulların ticarət axınları xarici təsirlərə qarşı çox davamlı olub. Tərəflər ticarət və investisiya əlaqələrini daha da gücləndirmək və inkişaf etdirmək barədə razılığa gəliblər", - sənəddə qeyd olunur.

Seçilən
15
report.az

1Mənbələr