"Nyukasl" "Ayntraxt"ın hücumçusu Hüqo Ekitikeni transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "sağsağanlar" 75 milyon avroya bu keçidi tamamlamağı düşünür.

Tərəflər arasında hələlik razılaşma yoxdur. Ancaq danışıqlar davam edir.

Bu barədə "The Athletic" məlumat yayıb.

Keçid baş tutsa, Ekitike "Nyukasl" tarixinin ən bahalı transferi olacaq. Öncəki rekord Aleksandr İsakda idi. Premyer Liqa klubu onu "Real Sosyedad"dan 71.2 milyon avroya heyətinə qatmışdı.