AZ

Heydər Əliyev Fondu xalq artistinin müalicə xərclərini öz üzərinə götürdü

Xalq artisti Zaur Rzayev xəstəxanaya düşüb.

Musavat.com xəbər verir ki, Heydər Əliyev Fondu müğənninin müalicə xərclərini öz üzərinə götürüb. 

4ceb9c85-5152-43e9-a264-30b3097978c6.jpeg

Bu haqda millət vəkili, həkim Rəşad Mahmudov sosial şəbəkədə yazıb: “Azərbaycan mədəniyyətinin əvəzsiz simalarından biri, tanınmış sənətkar Zaur Rzayev hazırda xəstəxanamızda müalicə alır. Onun sağlamlığının bərpası üçün bütün imkanların səfərbər olunması dövlətimizin, xüsusilə də Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun diqqət və qayğısı ilə əhatələnib. Müalicə prosesi ilə bağlı Prezidentin köməkçisi Anar Ələkbərovun, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin (DGKTXİ) rəisi Ceyhun Məmmədovun, baş həkim Bəxtiyar Musayevin və bütün xəstəxana personalının vaxtaşırı diqqəti və qayğısı sənətə və sənətkara verilən dəyərin bariz nümunəsidir”, - o qeyd edib.

 

Şahanə Rəhimli
Musavat.com

Seçilən
31
13
musavat.com

10Mənbələr