AZ

Zelenski: Şmıqalın təcrübəsi Ukraynanın müdafiə naziri postunda faydalı olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski Baş nazir Denis Şmıqalın ölkənin müdafiə naziri postuna təyin olunmasının məqsədəuyğun olduğunu bildirib. Bu barədə dövlət başçısı özünün axşam video-müraciətində açıqlama verib.

“Bu gün Yuliya Sviridenko ilə danışdım – ona Ukrayna hökumətinə rəhbərlik etməyi və onun fəaliyyətini Ukrayna istehsalının, sahibkarlığının dəstəklənməsi sahəsində malik olduğu təcrübə əsasında yeniləməyi təklif etdim. Denis Şmıqalın böyük təcrübəsi isə müdafiə naziri vəzifəsində faydalı olacaq”, – deyə Zelenski vurğulayıb.

Prezidentin sözlərinə görə, hazırda ölkənin bütün resursları və əsas prioritetləri məhz müdafiə sahəsinə yönəlib. O, yeni hökumət tərkibinin Ali Rada tərəfindən yetərincə dəstəklənəcəyinə ümid etdiyini də bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
106
editor.az

1Mənbələr