AZ

Zaur Rzayev xəstəxanaya yerləşdirildi

Xalq artisti Zaur Rzayev Dövlət Gömrük Hospitalına yerləşdirilib.

Heftelik.az xəbər verir ki, bu barədə parlamentin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov “Facebook” hesabında paylaşım edib.

Rəşad Mahmudov qeyd edib ki, Zaur Rızayev hazırda xəstəxanamızda müalicə alır: “Onun sağlamlığının bərpası üçün bütün imkanların səfərbər olunması dövlətimizin, xüsusilə də Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər ƏliyevFondunun diqqət və qayğısı ilə əhatələnmişdir. Müalicə prosesi ilə bağlı Prezidentin köməkçisi cənab Anar Ələkbərovun, DGKTXİ rəisi Ceyhun Məmmədovun, baş həkim Bəxtiyar Musayevin və bütün xəstəxana personalının vaxtaşırı diqqəti və qayğısı sənətə və sənətkara verilən dəyərin bariz nümunəsidir. Mən də bu gün dəyərli sənətkarımızı ziyarət etdim. Müalicə ilə əlaqəli tövsiyələrimi verdim”.

Seçilən
44
23
heftelik.az

10Mənbələr