AZ

Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirildi

Azərbaycanın Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib.

Bakues.az xəbər verir ki, bu barədə millət vəkili Rəşad Mahmudov sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, Z.Rzayev Dövlət Gömrük Hospitalında müalicə alır: “Onun sağlamlığının bərpası üçün bütün imkanlar səfərbər olunub. Xalq artisti dövlətimizin, xüsusilə də Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun diqqət və qayğısı ilə əhatələnib.

Müalicə prosesi ilə bağlı Prezidentin köməkçisi Anar Ələkbərovun, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədovun, baş həkim Bəxtiyar Musayevin və bütün xəstəxana personalının vaxtaşırı diqqəti və qayğısı sənətə və sənətkara verilən dəyərin bariz nümunəsidir. Mən də bu gün dəyərli sənətkarımızı ziyarət etdim. Müalicə ilə əlaqəli tövsiyələrimi verdim”.

Seçilən
47
23
icma.az

10Mənbələr