AZ

Vaşinqton Rusiya ilə ticarət əlaqəsi olan ölkələrə qarşı sanksiyalar tətbiq edə bilər

Vaşinqton administrasiyası Rusiya ilə ticarət əlaqəsi olan ölkələrə qarşı həm gömrük rüsumları, həm də sanksiyalar tətbiq etməyi nəzərdən keçirir.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Ticarət naziri Hovard Latnik jurnalistlərə açıqlamasında bildirib.

“Rüsumlar tətbiq oluna bilər, sanksiyalar da. Hər ikisi Prezident Trampın arsenalında olan alətlərdir. Bu cür tədbirlər Rusiya ilə ticarət əlaqələri quran istənilən tərəfə qarşı görülə bilər.”

Seçilən
25
apa.az

1Mənbələr