Fransa Müdafiə və Milli Təhlükəsizlik üzrə Baş Katibliyi "Milli Strateji Baxış – 2025" (RNS 2025) adlı yenilənmiş müdafiə və təhlükəsizlik doktrinasını dərc edib.
APA-nın məlumatına görə, sənəddə vurğulanır ki, 2030-cu ilə qədər Avropada genişmiqyaslı silahlı münaqişənin baş verməsi ehtimalı yüksəkdir.
Bu münaqişəyə həm Fransa, həm də onun müttəfiqləri cəlb oluna bilər.