AZ

Arazın o tayı

İran əks-kəşfiyyatı çox peşəkardır. Əvvəl İranda bütün küçələrdə "feyskontrol" kameraları qurur. Sonra sanitar-profilaktik əməliyyatlara start verilir. Videoçarxlar hazırlanır. Gənclər bax bu cür çarxlar vasitəsilə küçə hərəkətlərinə təhrik edilir. Hamısı düşür əvvəl nəzarətə, sonda... dustaq kameralarına. Sonra başqa kameralar önünə çıxarılır bu gənclər. Etirafları yazılır, tirajlanır, yaxud qapalı saxlanılır bir vaxtadək. Sosial şəbəkələrdə tirajlanan küçələrdə oynamaq, mahnı oxumaq, baş örtüksüz hərəkətlər də eynən o cür. Nəzarət kameralarının güddüyü nöqtələrdə baş tutur.

Yadda saxlayın: İranda kor nöqtələr yoxdur. Nə var videoya köçürülür, "feyskontrol"a, təhlükəsizliyə işləyən süni intellektlərin ixtiyarına buraxılır.Səbəb aydındır.İran əks-kəşfiyyatı üzləşdiyi problemlərə qarşı anti-proqramlar yaradır. Süni intellektin tam ixtiyarına buraxır sonrakı bu tədbirlərini.

SEPAH-ın hazırladığı bu süni robotun adı Əşkanilər dövründən qalmadır. Adı Parfiya kəşfiyyatçısı "Suren"dən götürülüb.İndi İranda "Suren1", "Suren 2" adlı əks-kəşfiyyat robotları, botları işləyir. Cəmiyyəti, bax, bu cür ssenarilər ilə tam nəzarətə, kontrola alırlar. Videoçarxlar hazırlanıb ötürülür guya üzdə anti-İran mahiyyətli sosial şəbəkələrə, TV-lərə.Uzun hədəfli, çoxmərhələli, tam rəqəmsal sanitar-profilakt əməliyyatlardır. Peşəkar yanaşmadır antirejim qüvvələrinə qarşı.Süni intelekt İranda çoxdan rejimə işləyir, qısası.P.S. Elə xaricdəki bütün anti-İran təbliğat mərkəzləri də. Bu botlar, robotlar haqda məlumatlarda deyilir: "Surena" (Persian: سورنا) is a series of Iranian humanoid robots, named after the Parthian General Surena. The Institute of Electrical and Electronics Engineers (IEEE) has placed the Surena among the prominent robots in the world after analyzing its performance.

Seçilən
251
anspress.com

1Mənbələr