AZ

Xətaidə "Dahi" adlı konsert proqramı təşkil edilib - VİDEO+FOTOLAR

Xətai rayonunda iyulun 14-də Xətai rayon İcra Hakimiyyəti və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 56-cı ildönümünə həsr olunmuş "Dahi" adlı konsert proqramı təşkil edilib.

"Unikal" xəbər verir ki, Heydər Əliyev parkında amfiteatr səhnəsində keçirilən konsertdə Xətai rayon İcra hakimiyyətinin başçısı Rafiq Quluyev, millət vəkili Vüqar Rəhimzadə, rayon prokuroru Sərdar İmanov, rayon Polis İdarəsinin rəisi Vaqif Müslümov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinin rəisi Nicat Həsənov, rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, Vətən Müharibəsi Qəhrəmanları Nizami Mövlanov, Zaur Hüseynov, Zaur Quliyev, şəhid ailələri, qazilər, H.Əliyev adına Ali Hərbi İnstitutun hərbiyyələri, ziyalılar və sakinlər iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə parkda təşkil olunmuş, Ulu Öndərin portretləri əks olunan ipək xalça sərgisinə tamaşa ediblər.

Daha sonra tanınmış incəsənət ustaları Ulu Öndərə həsr edilmiş musiqiləri tamaşaçılara təqdim ediblər.

Sonda atəşfəşanlıq olub. Konsert sakinlər tərəfindən rəğbətlə qarşılanıb.

Seçilən
17
7
unikal.az

8Mənbələr