AZ

Böyrək daşına qarşı ən sadə çarə: su içmək!

Araşdırmalara görə yay aylarında böyrək daşı riski 30–50% artır. Tərləmə ilə bədəndən gündə orta hesabla 1–1.5 litr su itir. Üroloq Doç. Dr. Akif Diri bunun qarşısını almaq üçün su qəbulunun vacib olduğunu bildirir.

Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir. 

Onun sözlərinə görə, yayda artan temperatur bədəndə su və mineral itkilərinə səbəb olur. Bu da xüsusilə böyrəklərə mənfi təsir edir. Bu səbəbdən gündə ən azı 2–2.5 litr su içilməlidir. Susama hissi gəlmədən su içmək lazımdır, çünki susama vücudun artıq suya ehtiyac duyduğunu göstərir.

Böyrək daşlarının qarşısını almaq üçün aşağıdakı tövsiyələr verilir:

Şirin, qazlı və yüksək kafeinli içkilərdən uzaq durun

Su qəbulunu gün ərzində bərabər şəkildə paylayın

İdmandan əvvəl və sonra mütləq su için

Çox tərlədikdə ayran və kefir kimi içkilərə üstünlük verin

Mövsümi meyvə və tərəvəzlərlə qidalanın

Elektrolit balansını qoruyun

Duz qəbulunu nəzarətdə saxlayın

Lazımsız vitamin və mineral əlavələrindən uzaq durun

Yay aylarında düzgün qidalanma və kifayət qədər maye qəbulu təkcə ümumi sağlamlıq üçün deyil, böyrək sağlamlığını qorumaq üçün də böyük əhəmiyyət daşıyır.

Xeyrənsə Piriyeva

Seçilən
60
news24.az

1Mənbələr