AZ

Bu, Putini atəşkəsə məcbur edə bilər

Rusiyada, xüsusilə paytaxt Moskva sakinləri hələ də müharibənin real təsirlərini tam şəkildə hiss etmirlər. Lakin Ukrayna elə addımlar ata bilər ki, bu, Rusiya əhalisində, siyasi elitasında və biznes dairələrində ciddi narahatlıq yaradaraq, Vladimir Putini atəşkəs danışıqlarına meylləndirsin.

KONKRET.az xəbər verir ki, bu barədə ukraynalı sosioloq, professor Vladimir Paniotto açıqlama verib.

Onun sözlərinə görə, belə addımlardan biri Moskva hava limanlarında uçuşların tamamilə dayandırılması ola bilər. Paniotto hesab edir ki, bu cür vəziyyət Rusiya rəhbərliyinə qarşı daxili təzyiqləri daha da artıracaq və Kremlin atəşkəslə bağlı qərar verməsinə təsir göstərə bilər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
7
konkret.az

1Mənbələr