AZ

Rusiya ilə müharibəyə hazırlaşın! - Bu ölkə də Avropaya səsləndi

Rusiya ilə mümkün müharibə vəziyyətində Qərb diqqəti hücum silahlarının istehsalına yönəltməlidir.

Publika.az xəbər verir ki, bunu Oslo Universitetinin "Oslo" Nüvə Layihəsinin doktorantı Fabian Hoffman bildirib.

Hoffman izah edib ki, raketdən müdafiə sistemi hücum silahlarından xeyli bahadır. Rusiya raketləri Almaniyanın onu tuta biləcəyi silahlardan qat-qat ucuz qiymətə istehsal edə bilər.

"Bu, həqiqətən məğlub oyundur. Biz ruslarla ayaqlaşmağa çalışırıq, amma bacarmırıq və uzunmüddətli perspektivdə uğur qazanacağımızı düşünmürəm. Ona görə də bunun heç bir əhəmiyyəti yoxdur. Məncə, fərqli düşünməliyik. Ukrayna da bunu etməyə çalışır. Diqqəti yenidən raketdən müdafiəyə yönəltmək əvəzinə, onlar hücuma keçməyə çalışırlar", - deyə layihənin elmi işçisi bildirib.

Hoffman hesab edir ki, Avropa, müharibə olacağı təqdirdə ona yönəlmiş Rusiya raketlərini ələ keçirə bilməyəcəyini qəbul etməlidir.

Seçilən
109
publika.az

1Mənbələr