BAKI, 15 iyul. TELEQRAF
Bu gün milli birlik gününün 9-cu ili qeyd edilir.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakıda "15 İyul - Demokratiya və Milli Birlik Günü" münasibətilə keçirilən anım tədbirində deyib.
O bildirib ki, bu gün milli birliyə qarşı edilən xain hücumun yaşandığı gündür.
"Bu fədakar türk millətinin günüdür. Zəfərin adı Türkiyədir. Prezident Ərdoğanın liderliyi ilə bu günü minnətdarlıqla xatırlayırıq. Xain hücumun ardından Azərbaycan Prezidenti İlham Əliyevin göstərdiyi dəstək ölkəmizə olan güclü dəstəkdir, bunu sizlərə xatırlatmaq istəyirəm", - o vurğulayıb.