“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi “Sauthempton”la müqaviləsi başa çatan Kayl Uolker-Peterslə razılaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Cinah oyunçusu tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq.
“Beşiktaş” yay transfer dönəmində daha əvvəl “Roma”dan Temmi Abraham və “Benfika”dan Orkun Kökçü ilə güclənib.