AZ

Qazaxda Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimi olub (FOTO/VİDEO)

Bakı. Trend:

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası MədəniyyətNazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığıilə növbəti dəfə Vaqif Poeziya Günlərinə start verilib. Ənənəvipoeziya bayramı bu il də ölkəmizin bir neçə şəhər və rayonunu əhatəedəcək.

Trend xəbər verir ki, poeziyagünlərinə Molla Pənah Vaqifin doğulduğu Qazax rayonundabaşlanılıb.

Ədəbiyyatsevərlər Vaqif poeziyasının işığına ənənəvi olaraqQazax şəhərinin mərkəzindəki “Şairlər bağı”nda toplaşıb. Açılışmərasimində çıxış edən AYB-nin Qazax bölməsinin sədri, şair BaratVüsal, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Milli Məclisin deputatıSəməd Seyidov, AYB-nin katibi Səlim Babullaoğlu və digər şəxslərVaqifin Azərbaycan ədəbiyyatındakı misilsiz xidmətlərindən, onunyaradıcılığının ədəbiyyatımıza bəxş etdiyi zənginliklərdəndanışıb.

Daha sonra isə söz şairlərə və aşıqlara verilib. Aşıqlar Vaqifinqəzəllərini ifa edib, şairlər isə şeirlərini söyləyib. Tədbirinbədii

hissəsində, həmçinin Səməd Vurğunun “Vaqif” pyesindən səhnəciknümayiş olunub.

Qeyd edək ki, iyulun 15-də Gəncə şəhərində, iyulun 16-da isəAğdam rayonunda davam edəcək Poeziya Günləri iyulun 17-18-dəAzərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yekunlaşacaq.Şuşada baş tutacaq tədbirlərdə tanınmış ədəbiyyat və incəsənətxadimləri, dövlət və hökumət nümayəndələri iştirak edəcək.

Poeziya Günləri çərçivəsində Qazax, Gəncə, Ağdam və Şuşanınmüxtəlif tarixi və mədəni məkanlarında, o cümlədən Heydər ƏliyevFondu tərəfindən bərpa olunan Molla Pənah Vaqifin muzey-məqbərəkompleksi, Natəvanın evi, Qarabağ oteli və Mehmandarovlarmalikanəsində poeziya saatları, kitab sərgiləri və təqdimatları,musiqili kompozisiyalar, elmi konfrans, teatr tamaşaları vəmüxtəlif ədəbi-bədii proqramlar təşkil ediləcək.

Xatırladaq ki, Vaqif Poeziya Günlərinin təməli Ümummilli LiderHeydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulub. Məhzhəmin tarixdə Ulu Öndərin iştirakı ilə Molla Pənah Vaqifinməqbərəsi və Poeziya Evi təntənəli şəkildə açılmış və onuntapşırığı ilə Vaqif Poeziya Günlərinin keçirilməsinə qərar verilib.1991-ci ilə qədər hər il təşkil olunan bu poeziya bayramı ənənəviolaraq şairin vətəni Qazaxdan başlayır və Şuşanın əsrarəngiz Cıdırdüzündə başa çatırdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyiilə rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsi nəticəsində Şuşaşəhəri işğaldan azad olunduqdan sonra Vaqif Poeziya Günləri yenidəndoğma yurdunda – Azərbaycanın mədəniyyət paytaxtında keçirilməyəbaşlanıb.

Bu il də Vaqif Poeziya Günləri poeziya, ədəbiyyat və mədəniyyəthəvəskarlarına unudulmaz anlar yaşadacaq.

Qazaxda
Qazaxda
Qazaxda
Qazaxda
Qazaxda
Qazaxda
Qazaxda
Qazaxda
Qazaxda
Qazaxda
Qazaxda
Qazaxda
Qazaxda
Qazaxda
Qazaxda
Seçilən
165
26
az.trend.az

10Mənbələr