Onlar hər iki tərəf üçün maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Söhbət əsnasında diqqətə çatdırılıb ki, İranın nüvə proqramı ətrafında yaranmış böhran yalnız siyasi və diplomatik yollarla, beynəlxalq hüquq normalarına uyğun surətdə öz həlli tapmalıdır.
Nazirlər gələcəkdə müxtəlif səviyyələrdə təmasların aparılması üzrə razılığa gəliblər.
Xatırladaq ki, ABŞ-nin İranla nüvə proqramı üzrə 2018-ci ildə dayandırdığı danışıqlar bu ilin may əvvəlində yenidən başlamışdı. Omanın vasitəçiliyi ilə keçirilən danışıqlar ABŞ və İran arasında son 8 il ərzində ən mühüm təmas kimi qiymətləndirilirdi. Halbuki İsrailin İran ərazisindəki nüvə obyektlərinə qarşı hücumu, ardınca ABŞ-nin də bu əməliyyata qoşulması və nəticədə meydana gələn 12 günlük (iyunun 13-dən 25-dək)müharibə bu danışıqları da sual altında qoyub.
![]() |
İran XİN: "Danışıqlar sual altında qalıb" |
Digər tərəfdən, rəsmi Moskvada da vurğulamışdı ki, danışıqlara "töhfə verməyə hazırdır. Kremlin mətbuat katibi Dmitri Peskov hələ keçən ayın əvvəlində jurnalistlərə açıqlamasında söyləmişdi ki,Prezident Vladimir Putin müxtəlif kanallarla aparılan bu dialoqa "zərurət yaranarsa" qoşulacaq.
Firudin Həmidli
AzVision.az