Müraciət təklifi Ermənistanın ABŞ-dəkı səfiri vasitəsilə Nikol Paşinyana çatdırılsa da, Baş nazir nazir belə bir addımın"İrəvan və Bakı arasında sülh sazişi layihəsinə xələl gətirə biləcəyini"vurğulayaraq amerikalı həmkarına Ruben Vardanyanın azadlığa buraxılması xahişi ilə məktub göndərməkdən boyun qaçırıb.
![]() |
Vardanyanın məhkəməsi keçirilir |
Məlumat üçün xatırladaq ki, hazırda Bakıda həbsdə saxlanılan erməni separatçıların, o cümlədən Ruben Vardanyanın işi üzrə məhkəmə prosesi aparılmaqdadır. Onlar hərbi cinayətlər, terrorizm, soyqırımı vəAzərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-dən çox digər maddəsi əsasındacinayətlərdə təqsirli bilinirlər.

(Ruben Vardanyan Bakıda məhkəmə iclasında)
Xatırladaq ki, cari ilin martında Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupu da Ruben Vardanyan cinayət işi ilə əlaqədar İrəvanın iddialarını rədd etmiş, Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) bu qərarıalqışlamışdı.
"Ümumilikdə, Ruben Vardanyanın əsassız həbs olunduğu ilə bağlı Ermənistan tərəfinin İşçi Qrup qarşısında qaldırdığı iddialara baxmayaraq, İşçi Qrupunun bu iddialara qarşı rəyi qeyd edilən şəxsin həbsi ilə bağlı və məhkəmə prosesinə qarşı Azərbaycan əleyhinə qarayaxma kampaniyasının tamamilə əsassız olduğunu bir daha sübut edib və bununla da Ermənistan tərəfinin beynəlxalq hüquq normalarını manipulyasiya etmək cəhdi növbəti dəfə uğursuzluğa düçar olub",- XİN-in bəyanatda vurğulanırdı.
Eyni zamanda,Latviya və Ruminiya daRuben Vardanyana dəstəyni dayandırılması barədə bəyanatlar yayaraq, Qarabağın erməni separatçılarına qarşı işdəAzərbaycanın mövqeyini dəstəklədiyini diqqətə çatdırıb.
Firudin Həmidli
AzVision.az