Bakı-Sumqayıt yolunda, Abşeron Gənclər şəhərciyi yaxınlığında yük maşının yerüstü piyada keçidinə çırpılma səbəbi məlum olub.
"Cebheinfo.az" xəbər verir ki, yol-nəqliyyat hadisəsinin baş verməsindən saniyələr öncə çəkilən görüntüdə MAN markalı yük avtomobilinin kuzovu yuxarı istiqamətdə açıq vəziyyətdə hərəkətdə olduğu qeydə alınıb.
Qəzaya da məhz bu vəziyyətdə hərəkətin səbəb olduğu bildirilir.
Xatırladaq ki, yol-nəqliyyat hadisəsi iyulun 13-ü baş verib. Nəticədə Bakı-Sumqayıt istiqamətinə nəqliyyatın hərəkətində məhdudiyyət yaranmışdı.
"Cebheinfo.az"