AZ

İsrail Suriya ordusunu bombalayır | VİDEO

AzVision.az xəbər verir ki, bu barədə məlumat yayan “Sham TV” telekanalı təyyarələrin ərəb qəbilə silahlı dəstələri ilə druzların özünümüdafiə qüvvələri arasında toqquşmaları dayandırmaq üçün göndərilmiş Daxili İşlər nazirliyinin və keçid hökumətinin Müdafiə nazirliyinin xüsusi təyinatlılarının mexanikləşdirilmiş dəstələrinəhücum etdiyini bildirib.

“Bundan əlavə, bir saat ərzində İsrail aviasiyası birbaşa şəhərə və onun ətrafına daha iki zərbə endirib. İsrailin hava hücumunun nəticələri barədə məlumat açıqlanmayıb”, - xəbərdə deyilir.

Suriyada qanlı gecə yaşanıb
Suriyanın Müdafiə nazirliyinin nümayəndəsi Həsən Əbdül Qaninin “SANA” agentliyinə verdiyi məlumata görə, hökumət qoşunları Əs-Suveydadan ağır texnika və silahları çıxarmağa başlayıb. O, bildirib ki, şəhər və əyalət üzərində nəzarət təhlükəsizlik qüvvələrinə verilib və onlar qeyri-qanuni birləşmələrin yaraqlılarını tərksilah etməyə başlayacaqlar.

İsrailin baş naziri Binyamin Netanyahu, öz növbəsində, orduya Suveydada yerləşdirilən Suriya qüvvələrinə qarşı dərhal hücum həyata keçirməyi əmr etdiyini açıqlayıb.

- Suveydada yerləşdirilən Suriya qüvvələri İsrail üçün təhlükə yaradır. İsrail Suriyadakı druzlara zərərin qarşısını almaqda qərarlıdır”, - Netanyahu vurğulayıb.

Xatırladaq ki, Suriyanın cənubundakı Əs-Suveyda əyalətində iyulun 13-dən 14-nə keçən gecə bədəvi və druz icmaları arasında baş verən şiddətli toqquşmalar yaşanıb.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
58
2
azvision.az

3Mənbələr