AZ

Bu ərazidə tıxaca səbri çatmayan sürücülər əks yola keçib xaos yaradırlar - VİDEO

Azərbaycanda avtomobil alqı-satqısı üzrə onlayn platforma olan “Turbo.az”-da satışda çox bahalı avtomobillər var. 

Avtosfer.az xəbər verir ki, platformada satışa çıxarılan ən bahalı avtomobilin qiyməti 1 milyon 139 min manatdır. Siyahıya “Rolls-Royce Ghost” modeli liderlik edir. Avtomobilin qiyməti 670 000 ABŞ dolları olaraq qeyd olunub ki, bu da təxminən 1 139 000 AZN təşkil edir. 

İkinci yerdə “Bentley Continental GTC” modeli qərarlaşıb. Onun satış qiyməti 440 000 avro təşkil edir, bu isə təxminən 876 084 AZN-ə bərabərdir. 

Üçüncü sırada isə “Bentley Continental GT” yer alıb. Avtomobilin qiyməti 410 000 avro və ya təxminən 816 351 AZN-dir. Modelin buraxılış ili isə 2025-dir. Daha sonra siyahıda aşağıdakı avtomobillər yer alır:

“Rolls-Royce Spectre” – 475 000 ABŞ dolları (təxminən 807 500 AZN)

 “Ferrari” (2024-cü il) – 399 999 avro (təxminən 796 438 AZN)

“Lamborghini Urus” – 395 555 avro (təxminən 789 211 AZN)

 “Bentley Flying Spur” – 395 000 avro (təxminən 788 104 AZN)

 “Maserati GT2 Stradale” – 350 000 avro (təxminən 696 885 AZN)

 “Bentley Bentayga” – 345 000 avro (təxminən 688 344 AZN)

 “Mercedes G 63 AMG” – 390 000 ABŞ dolları (təxminən 663 000 AZN) (“Cebheinfo.az). 

Seçilən
12
avtosfer.az

1Mənbələr