AZ

Niyə Paşinyan Brüsselə təcili səfər edib?

AzVision.az xəbər verir ki, Ermənistanın “Hraparak” qəzetinin mənbələrə istinadən yazdığına görə, Paşinyan Vaşinqtonun vasitəçiliyinin niyə belə tez nəticə verdiyini, o cümlədən Zəngəzur Dəhlizi məsələsində əldə olunan razılaşmanı izah etmək üçün Brüsselə çağıırılıb. Halbuki, Aİ-nin səyləri uzun müddətdir ki, prosesi irəli apara bilmirdi.

“Səfər hətta hakim “Vətəndaş müqaviləsi” partiyasının bir çox üzvləri üçün də gözlənilməz olub - yalnız bir neçə nəfər bundan xəbərdar idi. Avropa Şurasının (AŞ) sədri Antonio Kosta, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen və Fransa prezidenti Emmanuel Makronla görüşdə Paşinyan Rusiyanı nəhayət regiondan sıxışdırmaq üçün proqramı başa çatdırmağa söz verib”,- qəzet iddia edir.

“Hraparak” bildirir ki, press-relizlərdə anti-Rusiya razılaşmalarının mövcudluğu, xüsusən də “xarici informasiya manipulyasiyası və müdaxiləsi” ilə mübarizədə əməkdaşlıq təklifləri, habelə sanksiyalardan yayınmanın qarşısını almaq üçün atılan addımlara görə Paşinyana minnətdarlıq ifadə edilir.

Xatırladqaq ki, iyulun 14-də Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə AŞ və AK sədrləri ilə üçtərəfli görüş keçirib. Bunun nəticəsi kimi Aİ Ermənistana dezinformasiya və kiber təhdidlərə qarşı təşkilatın alətlərindən istifadə etmə təklifini verib. Brüssel, həmçinin “Qlobal Gateway” strategiyası çərçivəsində İrəvana dəstəyi 2,5 milyard avroya qədər genişləndirmək planlarını açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
28
azvision.az

1Mənbələr