AZ

114 yaşlı idmançı avtomobil qəzasında öldü

Dünyanın ən yaşlı marafonçusu adını daşıyan hindistanlı Fauca Sinq 114 yaşında avtomobil qəzasında dünyasını dəyişib.

Axar.az xəbər verir ki, bu haqda Hindistan mediası məlumat yayıb.

İngilis əsilli hindistanlı Pəncab əyalətində yaşadığı kənddə yolu keçərkən naməlum avtomobil tərəfindən vurulduqdan sonra xəstəxanaya çatdırılan qoca idmançının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 100 yaşından bəri marafon rekordlarına imza atan Sinq, 89 yaşından qaçmağa başlayıb və 2000-2013-cü illər arasında doqquz tam marafon keçirib.

Seçilən
52
3
axar.az

4Mənbələr