AZ

Azərbaycan klublarının Avropa Kubokundakı rəqibləri müəyyənləşib

Həndbol üzrə Avropa Kubokunda iştirak edəcək Azərbaycan klublarının rəqibləri müəyyənləşib.

​​​​​​"Cebheinfo.az" bu barədə Həndbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

Qadınların yarışında Azərbaycan çempionu “Azəryol” II təsnifat mərhələsində Avstriyanın “Yunion Kornoyburq” komandası ilə qarşılaşacaq. Ölkə çempionatının bürünc mükafatçısı “Kür” isə Portuqaliyanın “San-Pedru-du-Sul” klubuna rəqib olub.

II raundun ilk oyunları sentyabrın 27-28-də, cavab matçları isə oktyabrın 4-5-də ba. tutacaq.

Kişi həndbolçuların turnirində Azərbaycan çempionu “Kür” Macarıstanın “Balatondyured” və Türkiyənin “Beykoz” komandalarının duelinin güclüsü ilə qarşılaşacaq. Turnirdəki digər təmsilçimiz “Bakı” isə Şimali Makedoniyanın “Orxid” klubu ilə üz-üzə gələcək. Hər iki komanda mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

Bu raundun ilk görüşləri oktyabrın 11-12-nə, cavab matçları isə 18-19-na təyin olunub.

​​​​​​"Cebheinfo.az"

phrase_var_article.chosen
34
11
cebheinfo.az

8phrase_var_article.sources