İsveç Ukraynaya silah tədarükünə töhfə verəcək
APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə İsveçin Müdafiə Naziri Pal Conson məlumat verib.
“Biz Amerikanın Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etmək meylini dəstəkləyirik. Ukraynaya Patriot sistemlərinin və digər silahların tədarükünü alqışlayırıq”- nazir bəyan edib.
O, ölkəsinin Ukraynaya silah göndərilməsi prosesinə qoşulacağını vurğulayıb və təfərrüatlar barədə danışmayıb