Rusiyada erməni konyakı standartlara uyğun gəlmir.
KONKRET.az xəbər verir ki, Rusiyada satışda olan erməni mənşəli konyakların 85%-ə qədəri ölkənin qaydalarına və dövlət standartlarına (GOST) uyğun gəlmir.
Bu barədə “Soyuzkonyak” və “Antikontrafakt” təşkilatlarının birgə araşdırmasında deyilir. Ekspertlər bildiriblər ki, bəzi erməni istehsalçıları Rusiya bazarına göndərilən məhsullara süni aromatizatorlar əlavə edir, təxminən 50%-i isə üzüm mənşəli olmayan spirtlərdən istifadə edir.
Araşdırma nəticələrinə görə, bu cür məhsulların “konyak” adlandırılması qanunvericiliyə ziddir və istehlakçıların aldadılması deməkdir.
Natiq Səlim,
KONKRET.az