AZ

İsrailli naziri Suriya prezidenti Şaraaya sui-qəsdə çağırış elədi: "O, dərhal ortadan götürülməlidir"

İsrailin diaspor naziri Amiçai Çikli Suriyanın cənubunda druzilərlə bədəvi ərəblər arasında yaşanan döyüşlərlə bağlı sensasion çıxış edib.

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, o, ölkəsinin druziləri dəstəklədiyini təkrarlayaraq, bölgəyə əlavə hərbi qüvvə yönləndirən Suriya prezidenti Əhməd Şaraanı ölümlə hədələyib.

Nazir Suriya hökumətini Qəzzadakı HƏMAS-dan fərqlənmədiyini iddia edərək, İsrail hökumətini sərt tədbirı çağırıb: "Suriya rejimi HƏMAS kimi görünürsə, HƏMAS kimi danışırsa və HƏMAS kimi davranırsa, HƏMAS-ın ta özüdür ki, var. Suriya hökuməti özünü xilafət olaraq xarakterizə edir. Əhməd Şaraanın qanuni lider olduğunu düşünən hər kəs dərindən səhv edir. O, dərhal sui-qəsdlə ortadan götürülməlidir"

Tahir Şəlvəli
MİA.AZ

Seçilən
50
1
mia.az

2Mənbələr