AZ

Bakıda zibili eşşək arabası ilə daşıyırlar - "5 manatdan pul yığırıq" - VİDEO (YENİLƏNİB)

Azərbaycan SSR tariximizdə özünəməxsus yeri olan siyasi quruluşdur. Təxminən 70 il mövcud olmuş siyasi sistemə münasibət birmənalı olmasa da, bu zaman kəsimində baş vermiş hadisələr maraq doğurur.  Sovet dövrü Azərbaycan xalqının həm də elm, texnika və avtomobillə kütləvi tanışlıq dövrüdür. Lakin, unutmayaq ki, Azərbaycan SSR adambaşına düşən avtomobil sayına görə yalnız Tacikistandan irəlidə idi. Sovet Azərbaycanında bütün SSRİ-də olduğu kimi avtomobillə bağlı çox sayda qadağa vardı. İndi bu qadağalar gənc nəslə qəribə görünə bilər. 
Avtosfer.az bu qadağalardan bəzilərini təqdim edir.

Minik avtomobilləri ilə bağlı qadağalar

Minik avtomobili alan şəxs onu 3 il ərzində sata bilməzdi. Hətta bu barədə qeydiyyat şəhadətnaməsində müvafiq qeyd də vardı. Lakin çıxış yolu da vardı: etibarnamə ilə satmaq.  Bu ənənə indi də davam edir. Sürücülük vəsiqəsi alan şəxs 3 il ərzində avtomobil almasa vəsiqə qüvvədən düşürdü. 30-cu illərdən tətbiq olunan qayda 1980-ci illərin sonunda yumşaldıldı.
Bir nəfərin adına 2 avtomobilin olması da yolverilməz idi. Maşını təzələmək istəyən şəxs yalnız köhnəni satıb adından çıxardıqdan sonra yenisini ala bilərdi.

imageƏn maraqlı qadağalardan biri də sərnişindaşıma ilə bağlı idi. Şəxsi avtomobildə sərnişin daşımaq  (dan. xaltura) qadağan idi. Bu əməl “asan qazanc əldəetmə” kimi tövsif edilir və sürücünü cərimə gözləyirdi. İstehsal vasitələrinin dövlətə aid olduğu sistemdə şəxsi avtomobillə pul qazanmağa icazə verilmirdi. Bəzən elə olurdu ki, yol müfəttişi (DAM) avtomobili saxlayaraq sürücüdən sərnişini tanıyıb-tanımadığını soruşurdu. Sərnişin və sürücü bir-birini tanımadıqda vəziyyət xoşagəlməz olurdu.
Gənc sürücülər üçün qadağa1982-ci ildə yol hərəkətinə dair yeni qaydalar tətbiq edildikdə ortaya çıxdı. Qaydaya görə bütün sovet məkanında sürət həddi 90 km/saat müəyyən edildi. 3 ildən az təcrübəsi olanlar üçünsə bu limit 70 km/saat idi.

image
Yük avtomobilləri və avtobuslara gəlincə. Bu texnika istehsal vasitələri hesab olunduğu üçün onların satışı qadağan idi. 1988-ci ildə SSRİ-də “Kooperasiya haqqqında Qanun” qəbul edikdikdən sonra sözügedən texnikanın satışına icazə verildi. Bir müddət sonra kənd təsərrüfatı texnikasının da satışı sərbəstləşdi. 
Lakib bu azadlıqlar heç də demokratikləşmə göstəricisi deyildi. Artıq ölkə iqtisadiyyatı çökürdü. Hökumət müəssisələrə və kolxozlara pul ayırmır, texnikalar zavodların anbarında qalaqlanırdı. Mənəvi amortizasiya keçirmiş sovet texnikasına xaricdə də maraq yox idi. Digər tərəfdən, ilkin kapital toplamış qeyri-rəsmi sovet milyonçuları artıq ZİL, QAZ-53, RAF və sair əldə edə biləcək qədər varlanmışdılar. 

image
Satışı qadağan edilən texnika təkcə yük maşınları və avtobuslar deyildi. Əlillər üçün nəzərdə tutulmuş texnikanı əlilliyi olmayan şəxs ala bilməzdi.
Azərbaycan SSR-də avtomobillə bağlı mövcud olan bir çox qadağa müstəqilliyin ilk illərində də davam etdi. 

Vüqar

PS. Sovet dövründə avtomobil jurnalistikası da sərbəst deyildi. Avtomobillə bağlı mətbuata tətbiq edilmiş qadağalar barədə 22 iyul Milli Mətbuat Günündə ayrıca material hazırlanacaq.

Seçilən
22
avtosfer.az

1Mənbələr