Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Suriyanın cənubunda hökumət qüvvələrinin mövqelərinə endirdiyi hava zərbələrini sərt şəkildə tənqid edib.
“İsrailin Suriyanın cənubunda son hadisələrə hərbi müdaxilə etmək üçün güc tətbiq etməsini qəti şəkildə qınayırıq və bu hücumların dərhal dayandırılmalı olduğunu vurğulayırıq”, — bəyanatda qeyd olunub.
KONKRET.az xəbər verir ki, Ankara əlavə edib ki, Suriyada sabitliyin və təhlükəsizliyin təmin olunması yalnız bu ölkənin vətəndaşları üçün deyil, həm də bütün qonşu dövlətlərin və regionun ümumi maraqları baxımından həyati əhəmiyyət daşıyır.
Natiq Səlim,
KONKRET.az