AZ

Qərar vermə səbəbim dostum Qara oldu - MÜSAHİBƏ

"Qarabağ"la müqaviləsini yenilənməyən futbolçulardan biri də Patrik Andrade oldu.

“Qarabağ”ın sabiq futbolçusu Patrik Andrade çıxışları ilə azarkeşlərin yaddaşında qalmağı bacarıb.

Təcrübəli yarımmüdafiəçi hazırda karyerasını “Araz-Naxçıvan” klubunda davam etdirir. Kabo-Verde millisinin də üzvü keçmiş uğurları, Azərbaycana olan münasibəti və yeni komandasındakı hədəfləri barədə 90deqiqe.Az saytına açıqlama verib:

“Qarabağ”dan ayrılmaq qərarını nə zaman və necə verdiniz? Bu qərarın arxasında hansı əsas səbəblər dayanırdı?

Bu klubun qərarı idi. Müqaviləm bitdi və klub onu uzatmamağı qərara aldı.

Patrik, siz klubda iki fərqli dövrdə çıxış etdiniz. Hər iki dövrü müqayisə etsəniz nə fərqlər hiss etdiniz?

Bu iki müddət ərzində çox xoşbəxt oldum, kuboklar qazandım. Futbolda fərqlilikləri demək çətindir, çünki hər şey çox tez dəyişir. Amma deyə bilərəm ki, heç nə dəyişmədi, hər şey yaxşı idi.

"Qarabağ”dakı illərinizə qısaca nəzər salsaq – ən yaddaqalan oyun və ya anınızı bizimlə bölüşə bilərsinizmi?

Mən deyə bilərəm ki, ən yaxşı oyunumuz "Legia Varşava"ya qarşı oyun idi. Həmin oyunda Avropa Liqasına vəsiqə qazandıq.

Azərbaycan futbolu və azarkeşləri haqqında təəssüratlarınız necə oldu? 

Mən Azərbaycanı sevirəm və futbol burada hər il inkişaf edir. Bu da ölkə üçün yaxşıdır.

"Araz-Naxçıvan" kimi nisbətən yeni və inkişaf edən bir kluba keçmək qərarını necə dəyərləndirirsiniz? Bu seçim sizi hansı baxımdan cəlb etdi?

Qərarımın səbəbi dostum Qara ilə danışmağım oldu. O mənimlə danışdı və mən də klubun oyun üslubunu bəyəndim. Ona görə də bu təklifi qəbul etməyə qərar verdim.

Yeni klubunuzda əsas məqsəd və hədəfləriniz nələrdir? "Araz-Naxçıvan"la bağlı gözləntiləriniz necədir?

Əsas məqsədim həm şəxsi, həm də komanda baxımından yaxşı mövsüm keçirməkdir. Çünki biz birlikdə olmalıyıq ki, uğur qazana bilək.

"Qarabağ" azarkeşləri sizi hər zaman sevimli oyunçulardan biri kimi görürdülər. Onlarla bağlı nə demək istərdiniz?

Mən bunu çox yüksək qiymətləndirirəm, bu 4 il ərzində mənə dəstək olan, xoş sözlərini və mesajlarını əsirgəməyən hər kəsə ürəkdən təşəkkür edirəm."

Fəxriyyə Adil

Seçilən
29
90deqiqe.az

1Mənbələr