AZ

Azərbaycan Vaşinqtona və Təl-Əvivə yaxınlaşır – ABŞ namizədi

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi postuna namizəd Maykl Uolts Senatda keçirilən dinləmələr zamanı Azərbaycanla bağlı diqqətçəkən açıqlama verib.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, Azərbaycan ABŞ-la münasibətləri yaxınlaşdırmaq niyyətindədir və Ermənistan və İsraillə razılaşmalar imzalamaqla Avraam razılaşmalarına qoşula bilər. Uolts hesab edir ki, bu cür addımlar ABŞ üçün yeni kommersiya imkanları yaradacaqregional geosiyasi mənzərəni dəyişəcək.

Qeyd edək ki, Maykl Uolts daha əvvəl prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri olub. Lakin o, husilərə qarşı zərbə planlarının Signal messenceri vasitəsilə sızdırılması ilə bağlı qalmaqaldan sonra vəzifəsindən kənarlaşdırılmışdı.

Natiq Səlim,
KONKRET.az

Seçilən
11
konkret.az

1Mənbələr