AZ

Yeni avtomobil almaq istəyənlərin nəzərinə

Son illər avtomobil istehsalında böyük dəyişikliklər baş verib. Ətraf mühitin mühafizəsi, yanacağa qənaət və yeni texnologiyaların tətbiqi ilə bağlı olaraq, hibrid və tam elektrikli nəqliyyat vasitələri geniş yayılmağa başlayıb. Metbuat.az bu iki növ avtomobil arasındakı əsas fərqləri təqdim edir: Belə ki, hibrid avtomobillər həm benzin (və ya dizel) mühərriki, həm də elektrik mühərriki ilə işləyir. Bu sistemlər bir-birini tamamlayır və nəqliyyat vasitəsinin daha az yanacaq sərf etməsinə kömək edir. Sürət aşağı olduqda və ya avtomobil dayanarkən elektrik mühərriki aktiv olur, yüksək sürətdə isə benzin mühərriki ön plana keçir. Bu texnologiya həm yanacağa qənaət edir, həm də zərərli qaz emissiyasını azaldır.Elektrikli avtomobillər isə yalnız elektrik enerjisi ilə işləyir. Onlarda daxili yanma mühərriki yoxdur. Enerji birbaşa avtomobilin akkumulyator batareyasından alınır. Bu səbəbdən elektrikli avtomobillər heç bir qaz tullantısı yaratmır və tam ekoloji cəhətdən təmiz hesab olunur. Lakin onların əsas çatışmazlığı enerji doldurma vaxtının uzunluğu və bəzi bölgələrdə şarj stansiyalarının hələ də məhdud sayda olmasıdır.Digər bir fərq isə texniki baxım və istismar xərclərindədir. Elektrikli avtomobillərin texniki strukturu daha sadədir və onların hissələri daha az köhnəlir. Bu da texniki baxımın daha ucuz və asan olmasını təmin edir. Hibrid avtomobillərdə isə iki fərqli sistem olduğuna görə, texniki xidmət daha mürəkkəb və nisbətən baha ola bilər. Eyni zamanda şürüş təcrübəsi baxımından da fərqlər var. Elektrikli avtomobillər sakit və titrəyişsiz işləyir. Hibrid avtomobillərdə isə mühərriklər arasında keçid hiss oluna bilər.

Nəticə etibarilı hər iki avtomobil növü ətraf mühitin qorunmasına töhfə verir. Hibrid avtomobillər keçid dövrü üçün ideal hesab olunsa da, gələcəyin əsas nəqliyyat növü kimi tam elektrikli avtomobillər göstərilir.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
74
45
metbuat.az

10Mənbələr