AZ

Tramp: ABŞ Kiyevə uzaqmənzilli raketlər vermək niyyətində deyil

BAKI. 15 iyul. TELEQRAF

Vaşinqton Ukraynaya JASSM uzaqmənzilli raketlərini verməyi planlaşdırmır.

Teleqraf xəbər verir ki, bu bəyanatla ABŞ Prezidenti Donald Tramp çıxış edib.

“Biz bunu etmək niyyətində deyilik”, - o, jurnalistlərin suallarını cavablandırarkən bildirib.

ABŞ lideri həmçinin bildirib ki, Rusiyaya Ukraynada müharibəni dayandırmaq üçün qoyulan 50 günlük "dedlayn"ı "çox uzun" hesab etmir.

"Görək Putinlə necə olacaq. Hələlik Putin məni çox məyus edir. Son üç ayda mən bir çox müharibələri həll etdim. Amma bunu hələ bacarmamışam", - o əlavə edib.

Bundan əlavə, Tramp vurğulayıb ki, Ukrayna Prezidenti Volodimir Zelenski Moskvaya zərbələr endirməməlidir.

"Mən heç kimin tərəfində deyiləm. Mən insanlığın tərəfindəyəm. Mən Rusiya-Ukrayna mübaribəsində baş verən qətlləri dayandırmaq istəyirəm", - ABŞ Prezidenti qeyd edib.

Qeyd edək ki, daha əvvəl “Financial Times” qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, Tramp Volodimir Zelenski ilə 4 iyul tarixində baş tutan söhbəti zamanı Ukraynaya əlavə uzaqmənzilli ATACMS raketlərinin verilməsi imkanını müzakirə edib.

Seçilən
62
49
teleqraf.com

10Mənbələr