AZ

Rusiyalı idmançılarla bağlı ŞOK QADAĞA – Bundan sonra…

Beynəlxalq Gimnastika Federasiyası (FIG) 9 iyul 2025-ci ildən etibarən beynəlxalq yarışlarda rusiyalı idmançıların müəyyən simvollardan istifadəsini qadağan edib.

KONKRET.az xəbər verir ki, yeni qaydalara əsasən, yarışlarda “Z” və “V” hərfləri, eləcə də Georgi lentinin nümayişi tam şəkildə yasaqlanır.

Qeyd edək ki, bu simvollar son illərdə Rusiya tərəfindən Ukraynadakı hərbi əməliyyatlarla əlaqəli şəkildə tez-tez istifadə olunur və beynəlxalq aləmdə mübahisəli rəmzlərə çevrilib.

FIG-in qərarı bu simvolların idmanla siyasətin ayrılmasını təmin etmək məqsədilə qəbul edildiyi bildirilir.

Seçilən
27
1
konkret.az

2Mənbələr