AZ

Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsi haqqında: Mən heç kimin tərəfində deyiləm

ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsi kontekstində guya heç bir tərəfi tutmadığına inandırmağa çalışır.

RBC-Ukrayna xəbər verir ki, bu barədə Amerika lideri jurnalistlərlə söhbəti zamanı bildirib.

Jurnalistlər Trampdan Rusiya ilə müharibədə Ukraynanın tərəfini tutub-tutmadığını soruşublar.

"Xeyr, mən heç kimin tərəfində deyiləm. Bilirsiniz, kimin tərəfindəyəm? İnsanlığın tərəfindəyəm. Mən hər həftə minlərlə insanın öldürülməsini dayandırmaq istəyirəm", -  deyə cavab verib.

Prezident əlavə edib ki, o, Rusiyanın Ukraynaya qarşı müharibəsində “qətllərin dayandırılmasının” tərəfindədir.

QAZİLER.AZ

 

Seçilən
16
2
qaziler.az

3Mənbələr