Ukrayna Rusiyanın paytaxtı Moskvanı vurmamalıdır.
Teleqraf "NBC News"a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə müxbirin Ukrayna prezidenti Vladimir Zelenskinin Moskvanı vurmalı olub-olmaması ilə bağlı sualını cavablandırarkən qeyd edib.
"Xeyr, Zelenski Moskvanı vurmamalıdır", - Tramp vurğulayıb.
Qeyd edək ki, Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq səylərində “insanlığın tərəfində” olduğunu deyib.