ABŞ Prezidenti Donald Tramp 50 gün ərzində Ukrayna ilə bağlı nizamlanma əldə olunmasa, Rusiyaya qarşı tariflər və sanksiyalar tətbiq edəcək.
Publika.az xəbər verir ki, o, bunu jurnalistlərə açıqlamasında təsdiqləyib.
Amerika liderinin sözlərinə görə, əgər 50 gün ərzində Rusiya ilə Ukrayna arasında razılaşma əldə olunmasa, o zaman “işlər çox pis olacaq”.
"Putini izləyin", - Ağ Evin rəhbəri bildirib.