AZ

Maskın yeni çatbotunda anime qızı şəklində AI yoldaşı peyda oldu (VİDEO)

İlon Maskın xAI şirkətinin "Grok" çatbot tətbiqində ünsiyyət üçün virtual personajlar peyda olub. Onların arasında "Ölüm Dəftəri"ndən (Death Note) Misa Amaneyə bənzəyən qotik anime qızı və 3D tülkü Rudi də var.

Valyuta.az xəbər verir ki, yeni xüsusiyyət bütün istifadəçilər üçün əlçatandır və fərdi xarakteri və ünsiyyət tərzi olan fərdiləşdirilə bilən AI yoldaşları təklif edir. Maskın sözlərinə görə, bu texnologiya daha insani süni intellektə yol açacaq.

"The Verge" qeyd edir ki, yoldaşı aktivləşdirmək üçün parametrlərə keçid etmək və təlimatlara əməl etmək lazımdır. Lakin Mask yaxın günlərdə bu prosesi sadələşdərək hazırkı versiyanı "yumşaq burxılış" (soft launch) adlandırıb.

Şəbəkədə artıq Eni və Rudinin müxtəlif əmrləri yerinə yetirdiyi çoxsaylı videolar peyda olub: məsələn, rəqs etmə, replikalara reaksiya göstərmə və ya pıçıltıyla cavab vermə.

Xatırladaq ki, keçən günlər İlon Maskın şirkəti "Grok" çatbotunun dördüncü versiyasını təqdim edib. Maskın özü bunu insanlıq tarixinin ən ağıllı süni intellekti adlandıraraq qeyd edib ki, o həqiqəti axtarışında bütün səylərini sərf edəcək.

xAI şirkəti qeyd edir ki, çatbotun yeni modeli adi istifadəçi suallarına cavab vermə çərçivəsini xeyli aşır. Artıq "Grok "alim səviyyəsində" düşünür, şəkilləri və mətni eyni vaxtda təhlil edə bilir və daha çox bacarığa malikdir.

İstifadəçilər dərhal "Grok"un nəyə qadir olduğunu yoxlamağa başlaylıblar və maraqlı bir xüsusiyyəti fərq ediblər. Standart olaraq botda "Mask rejimi" aktivdir: həssas suallara cavab verərkən "Grok 4" davamlı şəkildə Maskın özünün X-dəki şəxsi yazılarına istinad edir.

Paşa Məmmədli

Seçilən
45
valyuta.az

1Mənbələr