AZ

Tramp Ukraynaya JASSM raketləri vermək niyyətində olmadığını bəyan edib

ABŞ-ın sabiq prezidenti Donald Tramp bəyan edib ki, Ukraynaya uzaqmənzilli JASSM raketlərinin verilməsini planlaşdırmır. Bu barədə o, jurnalistlərlə söhbəti zamanı bildirib.

Tramp həmçinin Rusiya ilə Ukrayna müharibəsi üzrə razılaşmanın əldə olunması üçün müəyyən edilən 50 günlük müddəti “çox uzun” hesab etmədiyini deyib.

“Putinlə bağlı nə baş verəcəyinə baxacağıq. Hələlik o, məni çox məyus edib. Son üç ay ərzində bir çox münaqişəni həll etmişəm. Amma bu müharibəni hələ ki, bitirə bilməmişəm”, – deyə Tramp vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
12
editor.az

1Mənbələr