İsrailin Diaspora məsələləri üzrə naziri Amixay Çikli Suriya lideri Əhməd əş-Şəraa ilə bağlı qalmaqallı açıqlama verib.
KONKRET.az xəbər verir ki, nazir bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında yazıb:
“Əgər kimsə Əhməd əş-Şəraanın legitim lider olduğunu düşünürsə, ciddi şəkildə yanılır – o, terrorçu, vəhşi qatildir və dərhal aradan götürülməlidir”.
İsrailli nazirin bu bəyanatı beynəlxalq ictimaiyyətdə kəskin reaksiya doğurub.
Natiq Səlim,
KONKRET.az