AZ

Qordon: “Putin artıq Suriyanı, İranı, Ermənistanı və Azərbaycanı itirib, növbədə Dağıstan və Çeçenistandır” – SƏRT AÇIQLAMA

Tanınmış ukraynalı jurnalist və siyasi şərhçi Dmitri Qordon Rusiya Prezidenti Vladimir Putinin xarici siyasət fiaskoları barədə növbəti sensasion açıqlama verib.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, o, “ГОЛОВАНОВ”un müəllifi olduğu internet proqramında çıxış edərkən bildirib ki, Putin artıq Suriyanı, İranı, Ermənistanı və Azərbaycanı itirib, növbədə isə Dağıstan və Çeçenistan var.

Qordon çıxışında deyib:

“Ukraynaya qarşı genişmiqyaslı hücum nəticəsində NATO-nun sərhədləri artıq onun (Putinin) torpaqlarına dirənib. Finlandiya və İsveç NATO-ya daxil oldular. Finlandiyanın Rusiya ilə uzun sərhədi var. Avropa və Amerika sürətlə silahlanır. Almaniyanın “Rheinmetall konsern”i hərbi istehsalını onlarla dəfə artırıb və indi yalnız Lockheed Martin-dən geri qalır.”

O qeyd edib ki, Almanlar artıq başa düşüblər – “bu adam (Putin) dəli olub” və buna görə indi sürətlə silahlanır, müharibəyə hazırlaşır, Ukraynaya yardım edir.

Qordon daha sonra diqqəti Cənubi Qafqaza yönəldərək bildirib ki, Putin Ukrayna ilə müharibə başladıqdan sonra Suriyanı, İranı, Ermənistanı və Azərbaycanı itirdi. Onun sözlərinə görə, indi növbədə Tajikistan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan gəlir, ardınca isə daxildə Dağıstan və Çeçenistan kimi regionların də Kremlin əldən çıxacağı qaçılmaz görünür.

Qordon hətta ironiya ilə əlavə edib:

“Bəzən mənə elə gəlir ki, Putin əslində gizli CIA agentidir. Çünki onun bütün addımları Rusiya üçün fəlakət gətirir.”

Seçilən
36
konkret.az

1Mənbələr