AZ

Pentaqon: Ukraynaya silah tədarükü ilə bağlı razılaşma erkən mərhələdədir

NATO müttəfiqlərinin hesabına Ukraynaya silah tədarükü ilə bağlı razılaşma hələlik ilkin mərhələdədir.

APA xəbər verir ki, bun Pentaqonun nümayəndəsi Şon Parnell bildirib.

“Bildiyim qədərilə, bu razılaşma çox erkən mərhələdədir”, – deyə Parnell qeyd edib.

O həmçinin vurğulayıb ki, alyansa üzv olan bəzi ölkələr Kiyevə “Patriot” hava hücumundan müdafiə sistemləri verməyə hazırdır, ABŞ isə həmin ölkələrin arsenallarını yeni komplekslərlə təmin edəcək.

Parnell əlavə edib ki, NATO ölkələri bu razılaşma sxemini dəstəkləyir və məqsəd həm Ukraynaya yardım göstərmək, həm də ABŞ büdcəsinə vəsaitlərin qaytarılmasını təmin etməkdir.

Seçilən
10
1
apa.az

2Mənbələr