AZ

ABŞ Rusiyanı İranın taleyi ilə HƏDƏLƏDİ

ABŞ Senatının Respublikaçı üzvü Lindsi Qraham Rusiyanı İranın taleyi ilə hədələyib.

Publika.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Qraham deyib ki, Rusiya lideri Vladimir Putin ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə razılaşma üçün son müddətinin 51-ci günündə nə baş verəcəyini bilmək istəyirsə, Tehranda Ayətullah Əli Xameneiyə zəng etməlidir.

Siyasətçi bildirib ki, ucuz rus nefti alan, bununla da “Putinin döyüş maşını”na dəstək verən ölkələr Trampın sözünü qəbul etməlidir.

Xatırladaq ki, iyulun 14-də Tramp Rusiyanın Ukraynadakı münaqişənin nizamlanması məsələsində mövqeyindən narazı olduğunu və buna görə də Ukrayna münaqişəsinin 50 gün ərzində həll olunmayacağı təqdirdə Rusiya tərəfinə “sərt” ikinci dərəcəli tariflər tətbiq etməyi planlaşdırdığını bildirib.

Öz növbəsində, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Trampın ultimatumunun arxasında nələrin dayandığını anlamaq lazım olduğunu bildirib.

Seçilən
28
publika.az

1Mənbələr