ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə razılaşmasının əldə olunması üçün son tarix kimi 2025-ci ilin avqust ayının sonunu müəyyən ediblər.
APA xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın "Axios" portalı üç mənbəyə istinadən yayıb.
Məlumata görə, əgər bu müddətə qədər razılıq əldə olunmazsa, Tehran sərt sanksiyalarla üzləşə bilər.