Məşhur karikaturaçı Omar Momani “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanova karikatura həsr edib.
“Qafqazinfo” xəbər verir ki, o karikaturanı feysbuk hesabında paylaşıb.
Momani paylaşımına “Qurban Qurbanov - əsl Qarabağ əfsanəsi” şərhini yazıb.
Karikaturada Qurban Qurbanov at belində təsvir olunub. O, Roma imperatoru Yuli Sezara bənzədilib.
