AZ

İyunda yoxa çıxan helikopter tapıldı - Beş nəfərdən xəbər yoxdur

İyunun 17-də yoxa çıxan "Mi-8" helikopteri Xabarovsk diyarında tapılıb. 


Referans  xəbər verir ki, bu barədə TASS Uzaq Şərq regionunun əməliyyat xidmətlərinə istinadla məlumat yayıb. 


Bildirilib ki, helikopterdə beş nəfər olub, onların taleyi dəqiqləşdirilir.


Helikopter təmir işləri başa çatdıqdan sonra Oxotskdan Maqadana uçan zaman yoxa çıxıb. Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Şərq Regionlararası İstintaq İdarəsinin məlumatına görə, təcili radio mayak işə salınmayıb və ekipaj qəza siqnalı ötürməyib.


Axtarış əməliyyatları çərşənbə axşamı Rosaviasiya və Fövqəladə Hallar Nazirliyinin aviasiyasının iştirakı ilə başlayıb, lakin çətin hava şəraiti səbəbindən çərşənbə gününə qədər dayandırılıb. İyulun 16-da itkin düşən helikopterin axtarışları bərpa edilib. Xilasedicilər itkin düşən "Mi-8"in axtarışında ən azı 800 min kvadrat kilometr ərazini araşdırıblar./publika.az

Seçilən
39
referans.az

1Mənbələr